Ölkə içi
Razi Nurullayev: “Uşaq pulu istəmək etik deyil”
“Mən və deputat həmkarlarım belə hesab edirik ki, indiki zamanda uşaq pulunun verilməsi ilə bağlı məsələnin əvvəlki səviyydə Milli Məclisdə qaldırılması etik deyil”. Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Onun sözlərinə görə, Qarabağın məskunlaşdırılması üçün böyük vəsaitlər lazımdır: “Minaların təmizlənməsinə küllü miqdarda vəsait lazımdır. Azərbaycan belə bir vəsait axtarışında olduğu zamanda uşaqlara da dövlət pul ayırması düzgün olmaz. Belə bir təklif populizm adlandırıla bilər. Növbəti illərdə, Qarabağda əhali tam məskunlaşandan sonra uşaq pulu ilə bağlı məsələni gündəmə gətirəcəyik. Dövlətin əlində imkanları olacaqsa, uşaq pulunun verilməsi ilə bağlı qərar verəcək. Bunu mərhələ-mərhələ həyata keçirtmək olar”.