GündəmManşet

Deputat İqbal Məmmədov şantaja məruz qalıb?

Bir müddət əvvəl deputat İqbal Məmmədov və  oğlu Mirhəmid Məmmədli şantaja məruz qalıblar. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Time TV internet kanalı çıxış edib.

TV-nin yaydığı məlumata görə, deputatın oğluna atasının qeyri-etik formada olan şəkilləri göndərilərək pul tələb edilib. “Atasının intim görüntüləri yayılmasın deyə Mirhəmid Məmmədlinin 1984-cü il təvəllüdlü N.M adlı qadına 1768 manat pul ödədiyi faktı məhkəmə sənədlərində əksini tapıb. Qadın 2022-ci ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış iş üzrə təqsirli bilinib və ona 3 il həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsi hökmün dəyişdirilməsi barədə qərar çıxarıb və ona şərti cəza verilərək həbsdən azad etsə də, oğlu və deputat Ali Məhkəmə vasitəsilə qərarın ləğvinə nail olublar. Qadın yenidən həbs edilib”.

İnternet-kanal qeyd edir ki, məhkəmə sənədlərində 59 yaşlı evli deputatın özündən 19 yaş kiçik qadınla münasibətlərini təkzib edəcək məqamlar yer almayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button