Ölkə içi

Qafqazda sülh üçün çoxlu maneələr var – Lavrovun müavini

“Moskva Ermənistan və Azərbaycana sülh müqaviləsi hazırlamağa kömək edir, lakin sülhə gedən yolda çoxlu maneələr var”.

Jamaz.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Rusiya ən yüksək səviyyədə üçtərəfli sazişlərə əsaslanaraq ölkələr arasında münasibətlərin normallaşdırılması üçün məqsədyönlü səylər göstərir. Rusiya vasitəçiliyinin məqsədi konstruktiv və mənalı dialoqu təmin etməkdir. Moskva həmçinin sülh prosesinin əsas prinsipləri və parametrləri ilə bağlı öz fikirlərini tərəfdaşlarına çatdırıb. Sülhə gedən yolda çoxlu maneələr var. Ermənistanla Azərbaycan arasında problemin uzun tarixi var. Yekun həll isə ikitərəfli razılaşmaların etibarlılığını və möhkəmliyini təmin etmək üçün vaxt, səbr və əlverişli şərtlər tələb edir”, – deyə o əlavə edib.

“Rusiyanın məqsədi məhz budur ki, Cənubi Qafqazda sülh və sabitlik həmişə ön planda olsun”, – Qaluzin iddia edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button