ManşetSosial

“Azərqaz”ın rəsmisi Göyçay sakinlərini təhqir edib- Şikayət

Göyçay rayonunun Bığır kəndinin bir qrup sakinləri ölkə başçısına şikayət ediblər. JAMAZ.İNFO xəbər verir ki, Rəsulov Müşfiq Sabir oğlu, Beydullayev Elton Sahib oğlu, Rasulov Taqət Sabir oğlu, Xəlilov Asim Asif oğlu və Salmanov Teymur Aslan oğlu iddia edirlər ki, “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsinin müdiri Ruslan Bünyatov vəzifəsindən sui-istifadə edərək, onlara qarşı kobudluq edib.

Şikayət məktubunda deyilir ki, 17.02.2023-cü il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsinin müdiri Ruslan Bünyatov Bığır kəndinə öz komandası ilə gəlib, qapıları kobudluqla döyərək, hər bir evdən 200 manat pul ödəməyi tələb edib.  “Biz ona izah etdik ki, qazdan istifadıyə görə olan borcumuzu hər ay olmaqla hissə-hissə ödəyirik. Buna baxmayaraq, Ruslan Bünyatov bizimlə kobud rəftar etdi, alçaldıcı sözlər dedi. Sanki o, bu kobud və tərbiyəsiz hərəkətləri ilə bizi cinayət törətməyə məcbur edirdi. Biz səbr nümayiş etdirib Ruslan Bünyatova qarşılıq vermədik”.

Bığır sakinləri bildirir ki, bu hərəkətlərdən sonra onların evlərinə gələn qaz xətləri kəsilib. “Əvvəlcə qaz xəttini kəsdilər. Bir neçə dəqiqə sonra isə yenidən bərpa etdilər. Ruslan Bünyatov hətta bizə bildirdi ki, pulu ödəyə bilmirsinizsə, həyətinizdəki ağacları kəsib yandırın”.

Sözügedən şəxslər qeyd edirlər ki, onlar belə kobud şəxsin vəzifəyə necə təyinat almasına çox təəcüblənirlər. “ Sizdən xahiş edirik ki, şikayət ərizəmizi bizim iştirakımızla yerində obyektiv araşdırıb, vəzifəsindən sui-istifadə edib, bizə qarşı tərbiyəsizlik edərək, təhqirə yol vermiş “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsinin müdiri Ruslan Bünyatovun barəsində qanunu tədbirlər görəsiniz”.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button