Ölkə içi
Makronun Bakıya da səfəri gözlənilir
Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı. Bu gün isə məlum olub ki, Makronun İrəvan ilə yanaşı, Bakı və Tbilisiyə də səfər etmək ehtimalı var. Qaynarinfo xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosunun Ermənistan şöbəsinə verdiyi müsahibəsində Fransa Prezidentinin bu səfərinin regional xarakter daşıdığını deyib.
“Bu görüşün məhz nə vaxt reallaşacağını soruşsanız, deyə bilərəm ki, görüş ən faydalı olacağı zaman baş tutacaq. Ən faydalı zaman səfərin regionda siyasi prosesi irəlilətməyə, Azərbaycan və Ermənistana problemli məsələlərdə inkişafa nail olmağa imkan verəcəyi vaxtdır. Beləliklə, səfərin tarixi və parametrləri bu məqsədə uyğun olaraq təyin olunacaq”, – deyə səfir deyib.
Bununla yanaşı, jurnalistin E.Makronun səfərinin regional olub-olmaması barədə suala cavab verən Conatan Laot bildirib: “Prezident Makronun regionun bütün liderləri ilə danışıqlar aparması məntiqli olardı. Bütün tərəflərlə danışmaq, vasitəçi rolunu təmin etmək, Azərbaycan və Ermənistan arasındakı siyasi prosesə töhfə vermək imkanımız var”.