
Ölkə içi
Makron Paşinyanla telefonla danışdı: “Münaqişənin uzunmüddətli həlli yollarını axtarırıq”
Fransa prezidenti Emmuanel Makron bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Yyelisey Sarayından məlumat verilib.
Makron bildirib ki, Fransa Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həll yollarını axtarır.
Fransa prezidenti daha sonra qeyd edib ki, o, hərbi əsirlərin dəyişdirilməsi və Ermənistanın iqtisadi inkişafına yardım etməyə hazırdır. O, bunun üçün fransız şirkətlərinin İrəvana iqtisadiyyatına sərmayə qoymağa hazır olduğunu da bəyan edib.