AraşdırmaManşet

Ermənilər yenidən təxribata əl atmağa başlayıblar: Şuşa ətrafında atışma olub?

Qqarabağda yerləşmiş erməni silahlıları yenidən təxribata əl atmağa bağlayıblar. JAMAZ.İNFO xəbər verir ki, Hadrutda baş verənlərdən sonra yenidən eyni əməllərə əl atan düşmən, bu dəfə Şuşa ətrafında analoji addımların günahını Azərbaycan tərəfinin üzərinə yıxmaq barədə düşünür.

Erməni mənbələrinin iddiasına görə, guya, Azərbaycan Əsgəri dünən gecə Şuşa şəhərinə yaxın ərazilərdə yerləşən qondarma “Artsaxın Müdafiə Ordusu”nun mövqelərini atəşə tutub. Həmin məlumatda deyilir ki, “xaotik” şəkildə baş verən atışma Şuşanın ətrafında baş verib. “Əsasən havaya atəş açılıb. Bəzi hallarda isə “Artsax”ın mövqelərini hədəf alıblar. Başa düşmədik ki, azərbaycanlılar ABŞ-dakı hadisələri, yoxsa Xilaskarın Doğum Gününü bayram edirlər. Bütün hallarda atəş açılırsa, bu artıq təhlükədir”.

Məsələ ilə bağlı bölgədəki rus sülhməramlılarına məlumat verilib.

JAMAZ.İNFO xəbər verir ki, görünən odur ki, ermənilər təkcə bununla kifayətlənmirlər. Onlar öz təxribatlarını Azərbaycan tərəfinin boynuna qoymaq üçün müxtəlif imkanlardan və şəxslərdən istifadə etməkdən çəkinmirlər. Məsələn, Qarabağdakı terrorçuların nümayəndələrindən biri olan Tiqran Abramyan iddia edib ki, guya, Azərbaycan tərəfi təkcə hərbi obyektləri deyil, hətta mülki maşınlara qarşı da “təxribat” törədiblər. “Üçtərəfli razılaşma belə Qarabağın təhlükəsizliyini təmin etmir. Qarabağda yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün daha ciddi addımların və sənədlərin imzalanmasına gərək var”.

Qeyd edək ki, ermənilər Hadrutda törətdikləri terror aktlarını da bu şəkildə gizlətməyə çalışırdılar. Halbuki onlar Ermənistan ərazisindən keçərək, Azərbaycan torpaqlarına qanunsuz olaraq gəlmişdilər və silahlı dəstələr yaradaraq, əsgərlərimizə hücum etmişdilər. Həmin hadisələr zamanı bəlli idi ki, ermənilər dinc oturmaq fikrində deyillər və təxribatlarını davam etdirəcəklər. Amma rəsmi Bakı da birmənalı olaraq bəyan edib ki, əgər belə hallar təkrar olunarsa, Qarabağda geniş antiterror əməliyyatlarına start veriləcək.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button