Ölkə içi

İpoteka ilə ev almaq çətinləşəcək- Ekspert

Növbəti ildən ipoteka krediti ilə mənzil almaq bu ilə nisbətən daha da çətinləşəcək. Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev bildirib.

O qeyd edib ki, proses ona doğru gedir. Qarşıda bizi həm mənzil qiymətlərində bahalaşma, həm də ipoteka krediti çətinliyi gözləyir: “2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

2024 cü ildə isə Azərbaycanda minimum yaşayış və ehtiyac meyarı 270 manat olacaq. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləridə var.
Gələn il ipoteka krediti ilə mənzil alan şəxslər ücün ailədəki işləməyən şəxslər və uşaqlar üçün minimum yaşayış və ehtiyac meyarı yeni qaydalarla hesablanacaq. Bu onu deməyə əsas verir ki, gələn ildən ipoteka krediti ilə mənzil almaq daha da cətinləşəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button