Ölkə içi
Ermənilər də başladılar: “Laçın yolu”nun inşasına
“Laçın yolu»na alternativ yolun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, tenderdə qalib gələn şirkət alternativ yolun Ermənistan ərazisinə düşən 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək.“Bəzi məlumatlara görə, Azərbaycan tərəfi yolun Ermənistan hissəsini də öz vəsaiti ilə tikməyi təklif edib, amma baş nazir Paşinyan ictimaiyyətin münasibətindən ehtiyatlanaraq bundan imtina edib”.