GündəmManşet

Qarabağdakı separatçılar Laçın, Zabux və Sos üçün “mübarizəyə” hazırlaşır

Qarabağdakı separatçıların bir qismi yeni Laçın yolu çəkildikdən sonra Laçın şəhəri, Zabux qəsəbəsi və Sos kəndinin əllərindən çıxmasından ciddi narahat olmağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, uzun müddətdir bununla bağlı gedən müzakirələrdən sonra həmin qism belə qərar gəlib ki, Azərbaycana qarşı “mübarizə” aparsınlar.

Xankəndidə mənzillənmiş və qeyri-qanuni fəaliyyət göstərən “Ardarutyun” adlı “partiya”nın nümayəndələri bir araya gələrək, Ermənistanla Qarabağı birləşdirən yeni yolun məsələsini müzakirə ediblər. Separatçılar baş verənlərdən ciddi narahat olduqlarını deyiblər. Üstəlik, bəyanat qəbul ediblər ki, yeni yol istifadəyə verildikdən sonra Azərbaycana qaytarılacaq Laçın şəhəri, Zabux qəsəbəsi və Sos kəndi uğrunda “sonadək mübarizə” aparacaqlar.

P.S. Burda bir el məsəli yada düşür: “Alış nəylə?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button