Erməni deputat: “Azərbaycan və Türkiyə ilə danışıqlardan imtina etməyəcəyik”
“Ermənistan Türkiyə və Azərbaycanla danışıqlardan imtina etmək niyyətində deyil”. JAMAZ.İNFO xəbərverir ki, bunu Ermənistanın AŞPA PA-dakı nümayəndə heyətinin üzvü, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Sarqis Xandanyan bildirib.
O deyib ki, ötən il keçirilən parlament seçkilərində hakim “Mülki Müqavilə” partiyası Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün gündəm elan edib. “Sülh gündəmi Ermənistanın qonşuları ilə münasibətlərini normallaşdırmasını təklif edir. Ona görə də bu məqsədə çatmaq üçün səylərimizi xeyli genişləndirəcəyik. Bu, son nəticədə regionda sülhün bərqərar olmasına imkan verəcək və nəhayət, sülh erası tam reallaşa biləcək. Münasibətlərin normallaşması prosesini müəyyən məqamda dayandırmaq, xüsusən də strategiyamız və gələcəyə baxışımız baxımından əks nəticə verir. Bizim belə bir istəyimiz yoxdur”.