ManşetÖlkə içi

Yeni “Laçın yolu” istifadəyə verildikdən sonra Ordumuz Xankəndinin 100 metrliyinə yerləşəcək: BİR QAYANIN SİRRİ – FOTO

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yeni “Laçın yolu” istismara verildikdən sonra hansı ərazilərin Azərbaycana təhvil veriləcəyi, habelə 10 noyabr 2020-ci il razılaşmasının detalları ilə bağlı maraqlı məlumat paylaşıb. JAMAZ.İNFO xəbər verir ki, yazının müəllifi Vahe Arutyunyandır.

Müəllif yazır ki, yeni yol istismara verildikdən sonra təkcə,Laçın şəhəri, Zabux qəsəbəsi və Sus kəndi Azərbaycanın nəzarətinə keçməyəcək. Bundan başqa, digər mühüm əhəmiyyət daşıyan yüksəkliklər də Azərbaycana veriləcək.

Arutyunyan yazır ki, bunun üçün sözügedən noyabr razılaşmasını diqqətlə oxumaq lazımdır. “Həmin sənədi təfərrüatı ilə öyrənib təhlil etdikdə görürük ki, o, çox qeyri-müəyyəndir və bizim üçün çoxlu suallar yaradır. Həqiqətən də çoxlu təhdidlər var, amma indi onlardan yalnız birinə diqqət yetirəcəyəm, digərləri haqqında sonra danışacağam”.

Yazının müəllifi qeyd edir ki, sözügedən sənəddə birbaşa mətndən əlavə bəzi qeydlər də var. “Üçtərəfli bəyanatının 6-cı bəndinə müraciət edək. Deməli, həmin sənədə əsasən “Laçın dəhlizi” Ermənistanı Qarabağı birləşdirən hazırda fəaliyyətdə olan yolun təkcə Laçın-Ermənistan sərhədi hissəsinə deyil, həm də bütün magistral yoluna, yəni Xankəndindən Ermənistana qədər olan yolu nəzərdə tutur. Nə qədər özümüzü aldatmaqla məşğul olsaq da, dəhlizin təkcə Laçına aid olduğunu desək də, reallıq elə deyil. Belə ki, sözügedən sənədin 6-cı bəndində yazılır: “Dağlıq Qarabağın Ermənistanla birləşməsini təmin edəcək Laçın dəhlizi (eni 5 km) Şuşa şəhərindən yan keçməklə Rusiya Federasiyasının sülhməramlı qoşunlarının nəzarətində qalır”. Göründüyü kimi, sənəddə “Laçın dəhlizi” təsvir edilərkən onun Şuşa şəhərindən yan keçdiyi bildirilir. Yəni Şuşa şəhərinin tərkibinə daxil olmadığı bildirilir. Buradan birbaşa başa düşülür ki, “Laçın dəhlizi” təsəvvür etdiyimiz kimi Ermənistanın sərhədindən keçmiş Dağlıq Qarabağın sərhədinə qədər uzanmır, həm də başlayır. Ermənistan sərhədindən Şuşa şəhərinə çatır və orada qurtarır. Lakin Şuşadən keçərək, yəni yazıldığı kimi, ondan yan keçərək Şuşa yaxınlığında davam edərək Xankəndi şəhərinin kənarına çatır. Əgər sözügedən “Laçın dəhlizi” Ermənistan sərhədindən keçmiş Dağlıq Qarabağ sərhədinə qədər olan hissəni nəzərdə tutsaydı, o zaman Şuşa şəhərini vurğulamağa ehtiyac qalmazdı. Amma gördüyümüz kimi, orada Şuşanın adı çəkilir və hətta bildirib ki, dəhliz Şuşi şəhərindən yan keçir”.

Erməni yazar daha sonra 10 noyabr razılaşmasından bir başqa sitat gətirir. “Sitata diqqət yetirin. “Azərbaycan Respublikası Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yük avtomobillərinin hərəkətinin təhlükəsizliyinə təminat verir”. Məhz bu cümlə “Laçın dəhlizi” adlanan yerin Azərbaycan ərazisindən keçməsini şərtləndirir, çünki yazılıb ki, Azərbaycan yol hərəkətinin təhlükəsizliyinə zəmanət verir, yəni öz ərazisindən dəhliz verməyi öhdəsinə götürür. Ona görə də, 10 noyabr tarixli sənədin 6-cı bəndini təhlil edərək qeyd edə bilərik ki, həmin sənədə əsasən, Xankəndindən Ermənistan sərhəddinə qədər bütün yol “Laçın dəhlizi” sayılır və Azərbaycan ərazisindən keçir”.

Lakin erməni jurnalist onları gözləyən əsl təhlükənin başqa olduğunu vurğulayıb. Bu da Şuşa şəhəri yaxınlığında yerləşən və Xankəndinin bir neçə yüz metirliyində yerləşən yüksəkliklə bağlıdır. “Həmin sənədə əsasən yol Şuşa şəhərinə qədər uzanıb, ondan yan keçərək Xankəndinin kənarına çatır. Artıq Zabuxdakı Qarabağa məxsus nəzarət-buraxılış məntəqəsi ləğv edilib və Xankəndinin girəcəyində qoyulub. Açıq mənbələrdən və mətbuat nəşrlərindən bildiyimiz kimi, yeni salınan yol təkcə Laçından deyil, Şuşa şəhərinin kənarından da yan keçməklə Ermənistan sərhədindən başlayaraq Şuşanın Yuxarı və Aşağı Qaladərəsi kəndlərindən keçəcək. Oradan da Tturşsuya çatacaq və Qaybalıdan keçməklə Xankəndinin yaxınlığına, Şuşanın Kərkicahan kəndinəbirləşəcək. Bunu Qarabağdakı rəsmilər inkar etmirlər. Əgər yeni yol bu marşrut üzrə çəkilərsə və o, mövcud “Laçın dəhlizi”nə alternativ olarsa və Rusiya sülhməramlıları əvvəlki marşrutdan çıxıb yeni marşruta keçsələr, o zaman keçmiş yolun və ya dəhlizin taleyi necə olacaq?  10 noyabr sənədinə görə, yeni yol istifadəyə verildikdən sonra Xankəndi-Şuşa yolu da Azərbaycana veriləcək”.

Arutyunyan məhz yolun həmin hissəsi ilə bağlı əsl təhlükənin onları gözlədiyini qeyd edib. “O yolu gedənlər yaxşı bilir ki, yolun Şuşa-Xankəndi hissəsində Şuşa döngələri adlanan mühüm strateji təpəni görüblər. Oradan bütün Xankəndinin, həmçinin Əsgəranın, Xocalının da bütün kəndlərini və mərkəzini görmək mümkündür. Və həmin yüksəklik Azərbaycana veriləcək”.

Erməni jurnalist bildirir ki, həmin təpə Xankəndinin bir neçə yüz metrliyində yerləşir. “Nəticədə, Xankəndi və bütün Qarabağ Azərbaycan Ordusunun atəş nöqtələri və asan hədəfləri olacaqlar. Üstəlik, Azərbaycan Ordusu Xankəndinin bir neçə yüz metrliyində dayanacaq ki, bunun da nə demək olduğunu izah etməyə gərək yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button