Ölkə içi
Daha 6 erməni əsgərinin qalıqları tapıldı: 1629 oldu
Ermənistan tərəfi 44 günlük müharibədə ölən əsgərlərinin qalıqlarını tapmaq məqsədi ilə Qarabağda axtarışları davam etdirir. JAMAZ.İNFO xəbər verir ki, bu gün Füzuli rayonunda aparılan axtarışlar zamanı erməni tərəfi daha 3 əsgərinin qalıqlarını tapıb.
Bundan başqa, Azərbaycan tərəfi də aşkarladığı 3 erməni əsgərin qalıqlarını Xocavənd rayonu ərazisində qarşı tərəfə rus sülhməramlılarının vasitəçiliyi ilə təhvil verib.
Ermənistan tərəfinin yaydığı məlumata görə, indiyə qədər aparılan axtarışlar zamanı tapılan ölmüş erməni əsgərlərinin sayı 1629 nəfərə çatıb.