GündəmManşet

Ermənilər qorxuya düşüblər: Ordumuz 13 istiqmətdə istehkam tikir

“Azərbaycan Ordusu son bir həftə ərazində Aravus kəndinin yaxınlığında 13 yerdə mühəndis-istehkam işləri görürlər. Onlar özləri üçün yeni mövqelər düzəldirlər”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın Aravus kəndinin icma rəhbəri Arham Ovsepyan deyib.

O deyib ki, bir həftədir ciddi işləyən Azərbaycan tərəfi, əraziyə 300 nəfər əlavə qüvvə gətirib. “Onların mühəndis-istehkam işləri apardıqları ərazi ilə kəndin arasında cəmi 700 metr məsafə var. Camaat baş verənlərdən çox qorxur. Azərbaycan hərbçilərinin hazırda durduqları yerdən Aravus ovucun içi kimi görünür”.

Arham Ovsepyan daha sonra bildirib ki, son sərhədd dəyişikliklərindən sonra Aravus kəndi 64 hektar ərazisini itirib. Onun sözlərinə görə, bir zamanlar kəndlilərin istifadə etdikləri çöl və biçin sahəsi artıq Azərbaycan Ordusunun nəzarətindədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button