![](https://jamaz.info/wp-content/uploads/2023/01/2023-01-20-14-51-03Bl7aWjA4ROwWg4UwzBvn_file-780x470.jpg)
Ölkə içi
“Aztikintiyol”un rəhbərliyi inzibati məsuliyyətə cəlb edildi
Dövlət Əmək Müfəttişliyi Xidməti “Aztikintiyol” MMC-nin işçilərinin əmək hüquqlarının pozulması ilə bağlı sosial şəbəkələrdə yayılan məsələni araşdırıb.
Jamaz.info xəbər verir ki, bu barədə DƏMX-dən bildirilib.
Qeyd olunan məlumata görə, araşdırmanın nəticəsini uyğun olaraq 2022-ci ilin dekabr ayında MMC rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və Xidmət tərəfindən əmək haqlarının ödənilməsi üçün müvafiq göstəriş verilib.(bakupost)