
Ölkə içi
Araik Harutyunyan: “Qarabağla bağlı heç bir sənəd layihəsi yoxdur”
Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan özünün Facebook səhifəsində Azərbaycan-Ermənistan arasından aparılan danışıqlardan yazıb. JAMAZ.İNFO xəbər verir ki, o, İrəvanla mütəmadi olaraq məsələhətləşmələr keçirdiyini deyib.
Harutyunyan yazıb ki, onlar mütəmadi olaraq birgə məsləhətləşmələr keçirirlər. “Ermənistan tərəfi apardığı bütün danışıqlarla bağlı mənə məlumat verir. Vurğulayım ki, Ermənistan hakimiyyət orqanları ilə əldə edilmiş razılaşmaya əsasən, Qarabağın maraqları və rəyi onların imzalayacağı Qarabağla bağlı istənilən sənəddə nəzərə alınmalıdır. Onu da əlavə edim ki, indiyədək bu kontekstdə heç bir sənəd layihəsi belə yoxdur”.