Ölkə içi
Ədalət Verdiyev: “Düşünmürəm ki, biz faciənin 30-cu ildönümünü Xocalıda keçirə bilək”
“Düşünmürəm ki, biz Xocalı faciəsinin 30-cu ildönümünü Xocalıda keçirə bilək”. Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun fikirincə, bunun üçün təhlükəsizlik baxımından zəmanət hələ formalaşmayıb: “Bu zəmanət hələ ki, mövcud deyil. Amma istəlinən halda biz bunu daha geniş şəkildə qeyd etməli, Xocalı faciəsinin qatillərini dünya ictimaiyyətinə təqdim etməli, onların beynəlxalq məhkəməyə cəlb olunmasını təmin etməliyik”.
Ədalət Verdiyev bildirib ki, Xocalı faciəsi Azərbaycan tarixində baş vermiş ən qanlı faciədir: “Xocalı soyqırımında iştirak edən bir çox erməni vəhşiləri hələ də layiqli cəzalarına çatdırılmayıblar”.