ManşetÖlkə içi

Qarabağ erməniləri atəş hazırlığı təlimlərinə başlayır

Qarabağdakı erməni separatçıları hər gün yeni-yeni təxribatlara imza atmaqda davam edirlər. Müharibədən dərs çıxarmayan separatçılar, mütəmadi olaraq Azərbaycan Ordusuna qarşı təxribatlar edir, mövqelərimizlər üzbəüzdə səngərlər qazır, atəş açır və sair. Hələlik Azərbaycan tərəfi bu baş verənlərə səbrlər yanaşır. Hərçənd bəzən bu səbr kasası dolur və nəticədə, bir-iki erməni ya öldürülür, ya da yaralanır.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağda özünü “təhlükəsizlik şurası” elan etmiş qondarma qurum daha bir təxribata hazırlaşır. Həmin qondarma “qurum”un rəhbəri Vitali Balasanyanın təşəbbüsü ilə Qarabağda yaşayan ermənilərin hərbi vərdişlərini təkmilləşdirmək məqsədiylə bu ilin fevral-may aylarında atəş hazırlığı dərsləri keçiriləcək. Onlara bu dərsi isə qondarma “sarsax ordusu” verəcək.

Qondarma “şura”nın açıqlamasına görə, dərslərdə “dövlət idarəetmə orqanları”nın, eləcə də iri müəssisələrin əməkdaşları iştirak edəcəklər.

P.S. Qarabağdakı erməni separatçıları “qaşınırlar”. Görünür, könüllərindən “Üzük-2” antiterror əməliyyatı keçir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button