Media
Jurnalist İlkin Kərimova vəzifə verildi
Tanınmış jurnalist İlkin Kərimov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.
Jamaz.info xəbər verir ki, bu barədə modern.az-a İ.Kərimov özü məlumat verib.
Qeyd edək ki, İlkin Kərimov bu təyinatadək “ASAN Radio”nun baş redaktoru vəzifəsində çalışıb.