
Media
AzTV-də baş direktor vəzifəsi ləğv olundu
Tanınmış jurnalist Mehriban Məmmədova Azərbaycan Televiziya və Radio Verilişləri QSC-dəki vəzifəsindən ayrılıb. O, “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.
M. Məmmədovanın sözlərinə görə, televiziyanın “İnformasiya Proqramları” Studiyasının baş direktoru vəzifəsi ləğv olunub: “Azad olunmaq məcburiyyətində qaldığım üçün özüm ərizə yazmışam. Struktur dəyişikliyi aparılıb. Buna əsasən, tutduğum baş direktor ştatı ləğv olunub. Buna görə də mənə başqa – İctimai-siyasi departamentə keçmək təklif olundu. Təklif olunan işlə razılaşmadığım üçün öz ərizəmlə işdən ayrıldım. Rəhbərlik açıqlamasında deyib ki, audit yoxlamasından sonra belə tələb irəli sürülüb və vəzifəm ləğv olunub”.