GündəmManşet

Ermənilərdən daha bir iddia: Qarabağa qarşılıq 5 milyard dollar türk sərmayəsi?

Ermənistan 44 günlük müharibədə acınacaqlı şəkildə məğlub olduqdan sonra revanşistlər, həmçinin onlarla birlikdə eyni düşüncədə olanlar müxtəlif bəhanələr dilə gətirməyə başlayıblar. Artıq bir ildir davam edən bu iddia və əsası olmayan söhbətlərə bu gün daha biri əlavə olunub.

JAMAZ.İNFO xəbər verir ki, hələ bir müddət əvvəl, müharibə yeni başa çatdıqdan sonra erməni tərəfi iddia etməyə başladı ki, guya, Azərbaycan Ermənistana Qarabağın qarşılığında 5 milyard dollar pul verib. Həmin danışıqların Belarusiya prezidentinin vasitəçiliyi ilə aparıldığı da vurğulanırdı.

Bu gün isə erməni telejurnalist Nairi Oxikyan məbləği dəyişməsə də, başqa bir iddia ilə çıxış edib. O deyib ki, müharibənin başlayacağına əminliyi Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədəki görüşündən yaranıb. “Sonra mənə məlumat gəldi ki, iki il müddətində bu məsələnin həlli ilə bağlı razılıq əldə olunub. Diaspora Nazirliyi ləğv olunanda və diasporla əlaqələr pozulmağa başlayanda, məlum oldu ki, erməni müqavimətinin məhvi gedir. Daha sonra bir məlumat da aldım ki, yaxın iki ildə ilkin olaraq Qarabağın ən azı bir neçə rayonunun geri qaytarılması barədə razılıq əldə olunub”.

Onun iddiasına görə, hələ 2018-ci ildə müharibənin başlayacağı və Ermənistanın məğlub olacağı barədə məlumatlı olub. “Daha sonra, 2021-ci ilin yazında mən aydın məlumat aldım ki, 2019-cu ilin yanvarında Ermənistanın bəzi nümayəndələri Türkiyənin bəzi nümayəndələri ilə görüşüblər. Görüş zamanı bizə 5 milyard dollarlıq Türkiyə sərmayəsi müqabilində Kəlbəcər, Şuşa və Araz vadisini güzəştə getmək şərti qoyulub. Bundan başqa, sərhədlərin açılması da razılaşdırılıb”.

P.S. Ermənilərin belə sərsəmləmələri qeyri-adi bir şey deyil. Məğlubiyyətin acısını, itkilərinin günahını kiminsə üzərinə yıxmaq üçün yer axtarırılar. Və bunu o ermənilər dilə gətirir ki, tarixdə olmayan “soyqırım”, “Qarabağın min illərdir erməni torpağı” olduğu nağıllarını müəllifləridirlər.

Əgər Azərbaycan Qarabağ məsələsini pul gücünə həll etmək imkanı əldə etsəydi, əminliklə deyirik ki, onun məbləğinə baxmadan ödəyərdi. Amma həm pul ödəyib, həm də müharibə edib 3000 Şəhid vermək, qətiyyən, məntiqli deyil, heç mümkün də hesab oluna bilməz.

Aydın olan, bəlli olan odur ki, ermənilər uzun illərdən bəri xroniki bir xəstəliyə tutulublar. Hər cəhətdən xəstə olan bu impotent tayfa, daha neçə-neçə belə yalanları “tarixə” keçirib, özlərinə “haqq” qazandırmağa çalışacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button