
Media
ATV-nin əməkdaşı faciəli şəkildə öldü
Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində vəfat edib. Modern.az xəbər verir ki, hadisə nahar fasiləsi zamanı telekanalın binasında baş verib. Şirkətdə sürücü olaraq çalışan Mustafa Məmmədov yemək yeyərkən boğazında qida qalıb. Qida nəfəs borusuna düşdüyündən o boğularaq ölüb.
Əraziyə tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.