Dünya

Ermənilər son döyüşlərdə ölən 208 əsgərin adını açıqladı: “Bu ilkin siyahıdır”

Sentyabrın 12-də Azərbaycanla sərhəddə təxribata əl atan və Ordumuz tərəfindən layiqincə cəzalandırılan Ermənistan hələ də itkiləri barədə dəqiq açıqlama vermir. JAMAZ.İNFO xəbər verir ki, sonuncu dəfə bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 305 nəfər əsgər itirdiklərini bildirmişdi. Lakin bu rəqəmin artacağını da istisna etməmişdi.

Qeyd edək ki, bu açıqlamaya rəğmən, Ermənistan Müdafiə Nazirliyi hələ də ölən əsgərlərinin adılarını açıqlamayıb. Lakin jurnalist Nairi Xokxiyan və daha bir neçə nəfər bununla bağlı araşdırma apararaq, 12 sentyabr döyüşlərində itirdikləri əsgərlərin adlarının ilkin siyahısını tərtib edirlər. Belə ki, onların açıqladıqları siyahıda hələlik 208 nəfərin adı var.

Xokxiyan bildirib ki, bu, əldə etdikləri məlumatların bir hissəsidir. Hazırda digərlərinin adlarını dəqiqləşdirməkdə davam edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button