İyunun 22-də Xankəndi şəhərində atışma hadisəsi baş verib. JAMAZ.İNFO xəbər verir ki, K.S adlı erməni qonaq gəldiyi evin sakinləri ilə dalaşaraq, maşında saxladığı avtomat silahdan onlara atəş açıb.
Məlumata görə, K.S-lə ev sakinləri arasında mübahisə yaranıb. Bu mübahisə daha sonra dava-dalaşa çevrilib. Bunun ardından K.S “UAZ” markalı maşınında saxladığı avtomat silahı götürərək, onlara atəş açıb. Hadisə nəticəsində ölən və yaralanın olması barədə məlumat verilmir. Yalnız o bilinir ki, atəş açan şəxs həbs olunub.