DünyaManşet

Rusiya Kremençuk şəhərindəki ticarət mərkəzini vurdu: Çoxlu sayda ölü və yaralı var

Bu gün axşam saatlarında Rusiya ordusu Ukraynanın Kremençuk şəhərini raket atəşinə tutub. JAMAZ.İNFO xəbər verir ki, atılan raketlərdən biri şəhərin mərkəzində yerləşən ticarət mərkəzinə düşüb.

Həmin vaxt orada çoxlu sayda insan olduğu bildirilir. Şəhərin meri Vitali Maleçski bildirib ki, insanların gur olduğu yerdə güclü yanğın başlayıb. “Dağıntılar altında qalan insanları çıxarmağa çalışırıq. Ölən və yaralananların sayı barədə dəqiq heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, Ticarət Mərkəzində çox saydaadam olub. Raket ən pik vaxtda binaya düşüb”.

Ukraynanın prezidenti Vladimir Zelinski canlı efirə çıxaraq, hadisə ilə bağlı məlumat verib. O bildirib ki, ticarət mərkəzinin vurulması nəticəsində ölən və yaralıların sayı barədə vəziyyət dəhşətlidir. O, bunu rəqəmlərlə ifadə etməyin mümkün olmadığını dilə gətirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button