“Bütün qonşularımızla sülh erasına başlamaq olar. Biz dərk etməliyik ki, bizim nəsillərimiz eyni ərazidə yaşayacaq. Biz Ermənistanı başqa ölkəyə köçürə bilmərik”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyan deyib.
O bildirib ki, təxribatlar və qurbanların olması qəbuledilməzdir. “Lakin nə vaxtsa onlar başa düşməlidirlər ki, bütün real sülh prosesi əvvəldən nəzərdən keçirilməlidir”.
Xatırladaq ki, Sukiasiyan Nikol Paşinyanın ən yaxın adamı olmaqla yanaşı, həm də onun “qara kassası” kimi tanınır. Ermənistanın ən varlı biznesmenlərindən olan sözügedən şəxs bu səbəbdən əsas tenderlərin də qalibinə çevrilməyi bacarır.