DünyaManşet

Erməni analitik rusları hədələdi: “Azərbaycana kömək etsəniz, İrəvandakı səfirlik işçilərini və rusları öldürəcəyik”

Dünən Şuşa yaxınlığında Azərbaycan Ordusunun blok-postuna qumbara atan erməni terrorçu Norayir Mirzoyan Xankəndindəki separatçılara təhvil verilib. JAMAZ.İNFO xəbər verir ki, onun “istintaqı”nı da elə separatçılar aparacaqlar.

Bu əsnada, Ermənistanda Norayir Mirzoyandan “qəhrəman” düzəltməyə başlayıblar. Onlar terrorçunu “qisasımızı alan”, atdığı qumbaranı isə “qisa squmbarası” adlandırırlar. Bundan başqa, sosial şəbəkələrdə hamının Norayir kimi terrorçuluq etməyə çağırırlar.

JAMAZ.İNFO xəbər verir ki, erməni analitik Tevos Arşakyan isə bir qədər də irəli gedərək, təkcə, Azərbaycan tərəfini deyil, Qarabağdakı rus sülhməramlılarını da hədələyib. O yazır ki, bundan sonra hər bir erməni Azərbaycan Ordusunun Qarabağdan çıxarılmnası üçün çalışmalıdır. “Biz hər birimiz Norayir kimi, silaha qurşanmalı, ölümdən qorxmamalı və Qarabağdakı Azərbaycan əsgərlərinə hücum etməliyik. Qoy, onlar görsünlər ki, biz işğalla barışmayacağıq”.

Amma bununla da kifayətlənməyən Arşakyan terroçunun əməlini təkcə, Azərbaycana qarşı deyil, eyni zamanda, Qarabağdakı rus sülhməramlılarına da ciddi xəbərdarlıq olduğunu qeyd edib. “Bu addım təkcə, Azərbaycandan qisas almaq deyil, həm də rus sülhməramlılarına ciddi xəbərdarlıqdır. Bundan sonra onlar əgər Azərbaycanın tərəfini tutarsa, Qarabağı Azərbaycana birləşdirməyə çalışarsa, qarşısında bizi görəcək. Daha əvvəlki dövr deyil. Buradan rus sülhməramlılarını xəbərdar edirəm: Norayiri Azərbaycana təhvil versəniz, Azərbaycana yardım etsəniz, İrəvanda işləyən hər bir rus, Rusiyanın Ermənistandakı və digər ölkələrindəki səfirlikləri qisas hədəfimiz olacaq. Biz onları öldürməklə, həm qisasımızı almış olacağıq, həm də ruslara ibrət dərsi verəcəyik. Bu gündən bizim hər birimiz norayir mirzoyandır. Bundan sonra kimsə bizi aşağılaya, təhqir edə bilməz”.

P.S. Ermənilərin ağıllısı belə düşünürsə, sıradan bir erməninin ağlından nələr keçir, deməyə gərək yoxdur. Bütöv bir toplumun xəstə olması, faciədir. Xəyallarla, saxta və yalan tarixlə yaşamaq bəladır. Necə ki, həmin faciəni ermənilər yaşayır.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button