«Hesab edirəm ki, Müdafiə Nazirliyinin mövqeyinin dəyişdirilməsinə ehtiyac var. Bir zamanlar Rusiya da eyni vəziyyətə düşmüşdü. Bu Çeçen müharibəsi zamanı baş vermişdi. Həmin vaxt Rusiya müharibədə məğlubiyyətin acısını dadmışdı. Lakin Rusiya özünü toparlaya bildi və ikinci müharibədə qələbə qzandı”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri MDB Ölkələri İnstitutunun direktor müavini, hərbi ekspert Vladimir Yevseyev Ermənistan ordusunun vəziyyətini izah edərkən deyib.
O deyib ki, Eermənistan Rrusiya təcrübəsindən yararlanmalıdır. Onun sözlərinə görə, Ermənistan öz imkanları hrsabına vəziyyətdən çıxa biləcək. “Onun daima dəstəkləyən və yardım edən müttəfiqi var. Sadəcə, düzgün qərarlar qəbul edib, ordunu gücləndirməli və Ermənistanın müdafiəsini təşkil etməyə hazırlaşmaq lazımdır”.
Yevseyev açıqlamasında vurğulayıb ki, hazırda Dağlıq Qarabağın təhlükəsiziyi məsələsindən narahat olmaq lazım deyil. “Ermənistanın müdafiəsini təşkil etmək lazımdır. Dağlıq Qarabağın təhlükəsizliyini onsuz da Rusiya qoruyur. Bu gün əsas məsələ Ermənistanı Azərbaycan və Türkiyədən, Qarabağ və Naxçıvan istiqamətindən necə qorumaq lazım olduğu barədə düşünmək və çalışmaq lazımdır”.