Cəmiyyət

“Kəlbəcərdəki hərbiçi ilə Bakıda olan hərbiçi eyni maaş ala bilməz”

“Ön cəbhədə xidmət edən hərbçilərin – Kəlbəcərdə, çadırda, təminatı sıfır həddə olanların maaşı bu ay da 1 qat hesablanıb”. Bunu Qaynarinfo-ya açıqlamasında Qarabağ qazisi Rey Kərimoğlu deyib. Rey Kərimoğlu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edib:

“Bu məsələni həll edin! Aldığım məlumata görə, Samir Şərifovun əvvəlcədən verdiyi təlimat əsasında ön cəbhədə xidmət edən hərbçilərin maaşı yenə də bir qat ödənilir. Onların maaşları yenidən 2 qat hesablanmalıdır. Bakıda xidmət edənlə döyüş bölgəsi eyni ola bilməz axı. Qarabağda xidmət keçən polis, sərhəd qoşunları 2 qat maaş alır. Amma Müdafiə Nazirliyi öz zabitlərini fikirləşmir”.
Hərbi ekspert Ədalət Verdiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, hərbiçilərin maaşı Maliyyə Nazirliyi ilə Müdafiə Nazirliyinə aid olan məsələdir:
“Bu? maliyyə məsələsidir. Kəlbəcərdəki hərbiçi ilə Bakıda olan hərbiçi eyni maaş ala bilməz. Döyüş bölgəsində xidmət edən hərbiçilərin maaşı iki qat olmalıdır. Bakıda xidmət edən, axşam ailəsinin yanına gedir, amma Qarabağda onlar ev görmür. Cəbhə bölgəsində 24 saat növbə çəkir, istirahət günü yox, bilmir bayram nədir, daim xidmətdədir. Bu şəxslər iki qat maaş almalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button