AraşdırmaManşet

Qarabağda “birincilik” uğrunda qarşıdurma: “Vətəndaş müharibəsi olacaq”

Qarabağda ermənilərin arasında narazılıq pik həddə çatıb. Arayikin separatçıların rəhbərliyindən getməsi, Samvel Babayanın aktivliyinin pik həddə çatması, Samvel Şahramanyanın separatçıların yeni rəhbəri olması üçün hazırlıqlara başlaması, habelə bölgədəki qruplaşmalar arasında “razborka”lar gəgrginliyin silahlı toqquşma ilə yekunlaşacağını deməyə belə əsas verir.

JAMAZ.İNFO xəbər verir ki, bu vəziyyətlə bağlı təkcə müşahidəçilər deyil, həmçinin Qarabağın özünəd “vəzifə” tutan adamlar da deyirlər. Onlarda biri “anti-böhran şurasının sədri” Tiqran Petrosyan “Jamanak” qəzetinə verdiyi müsahibəsində Qarabağdakı vəziyyəti izah edib.

O deyib ki, Samvel Şahramanyan pis adam olmasa da, Saakyan, Qukasyan və Harutyunyanın namizədidir. “O da işdən çıxarılacaq. 15-20 gün vəzifədə qalsa, böyük işdir”.

Petrosyan daha sonra qeyd edib ki, əgər Şahramayna “seçilərsə”, Qarabağda qan töküləcək. “Əminəm ki, onun seçildiyi gün toqquşmalar olacaq. Bunun məsuliyyəti bütünlüklə Arayik Hrutyunyanın və onun “partiyası”nın üzərindədir. Çünki müharibə baxtı qorxusundan zirzəmidən çıxmayanlar, bu gün yığışıb bizə rəhbər seçmək istəyirlər. Bu qorxaq, satqın, onun-bunun əlaltısı olan adamların seçdikləri adam necə legitim ola bilər?”

Separatçıların nümayəndəsi qeyd edib ki, onlar Masis Mayilyanın seçilməsinə tərəfdardırlar. O bildirib ki, hazırda Qarabağda fəaliyyət göstərən bütün “qurum”lar legitim deyil. “Həm icra, həm də qanunverici orqan legitim deyil. Mən təklif edirəm ki, Masis Mayılyana fürsət verilsin. Çünki o, məntiqli namizəddir. Əgər başqa adam seçilsə, Qarabağda qanı töküləcək. Sizi əmin edirəm ki, bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq. Çünki Samvel Babayan susmayacaq. Bu dəqiqə ermənilərin böyük bir hissəsi Bako Saakyanın əleyhinədir. Onlarsa Babayana kömək etməyə yox, Bakonun əleyhinə çıxacaqlar”.

Petrosyan daha sonra vurğulayıb ki, Arayiki “istefa” verməyə Rusiya məcbur edib. “Rusiyaya onların əmrini yerinə yetirəcək adam lazımdır, o şəxs Şahramanyandır. Bako və Arkadi rusun balalarıdır”.

Bir zamanlar Şuşa-Xankəndi yolundakı aksiyanı dağıtmaq üçün dəstə toplayan, daha sonra Azərbaycan Ordusuna qarşı silahlı müqavimət göstərmək üçün dəstə yaratdığını bildirən Tiqran, indi ümidsizlik içindədir. O deyir ki, Ağdamdan yüklərin daşınması məsələsi gec-tez reallaşacaq. “Qarabağda kimin başda olmasının artıq heç bir əhəmiyyəti yoxdur. Çünki kim gəlsə, Azərbaycan Ağdam yolunun açılmasını şərt kimi qoyacaq. Başqa yol da qalmayıb. Biz artıq Laçın dəhlizinin açılması ilə bağlı bütün şanslarımızı əldən vermişik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button