
Bu gün səhər saatlarından etibarən Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Şəmkirdən məlumat verilib.
Məlumata görə, keçirilən əməliyyat zamanı Şəmkirin icra başçısı Alimpaşa Məmmədovu və müavinləri saxlanılıb. Lakin əməliyyatın konkret olaraq hansı qurum tərəfindən keçirildiyi barədə dəqiq məlumat yoxdur.
Məsələni diqqətdə saxlayacağıq.
Xatırladaq ki, Alimpaşa Məmmədov rayonda özbaşınalıqları və korrupsiya halları məsələlərində ad çıxarmış məmurlardan biridir. Özünü “Polad Ələmdar” adlandıran icra başçısının adı həmçinin bir sıra qalmaqallara da qarışıb.