Ölkə içi

Azərbaycanın hərbi xərcləri 17 faiz artıb

Azərbaycan ötən il hərbi xərclərini 17 faiz artırıb. Bu barədə aprelin 26-da Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) hesabat yayıb.

Hesabatda bildirilir ki, hərbiyə çəkdiyi xərclərə görə, Azərbaycan Şərqi Avropa ölkələri arasında ilk pillədə yer alıb. Artım əsasən Ermənistanla 44 günlük müharibə ilə bağlıdır. Ermənistanın hərbi xərcləri isə keçən il 2.6 faiz azalıb.

SIPRI-nin rəqəmlərinə görə, Azərbaycan dünyada hərbi xərc yükü böyük olan 10 ölkə arasında yer alıb. Ölkənin ÜDM-nin 5.4 faizi orduya xərclənib. Ermənistanda bu göstərici 4.9 faiz, Rusiyada 4.3 faizdir.

Ötən il hərbi xərclərə görə dünya miqyasında ilk beşlikdə bu ölkələr qərarlaşıb:

1. ABŞ
2. Çin
3. Hindistan
4. Rusiya
5. Böyük Britaniya

SIPRI 2020-ci ildə NATO-nun üzvlərinin hamısında hərbi yükün artdığını açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button