
Rusiya Ukraynanı işğal etmək üçün hücumlarına davam edir. JAMAZ.İNFO xəbər verir ki, bu gün günorta saatlarında Rusiya ordusunun diversant qrupu Kiyev şəhəri yaxınlığında yerləşçən Qostomel hava limamnına hücum edib.
Ukraynanın daxili işlər naziri Anton Geraşenko bildirib ki, hücum zamanı ruslar 3 helikopterdən istifadə edib. Onun sözlərinə görə, həmin vertalyotların hamısı vurulub. Vurulmuş vertalyotdan sağ çıxan diversantlar isə ukraynalı hərbçilər tərəfindən saxlanılıb.
Hazırda hava limanı yaxınlığında döyüşlərin getdiyi deyilir.