İqtisadiyyat

Rusiya bir gündə 200 milyard dollara yaxın pul itirib: İqtisadi tənəzzül qapıda 

Rusiyanın işğalçılıq siyasəti iqtisadiyyatını böyük bir problemin içinə sürükləməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında dollar qarşısında 5.7 faiz ucuzlaşan rus rublu, günorta saatlarından sonra daha 7 faiz ucuzlaşıb.

Hazırda bir dolların 92 rubla satıldığı bildirilir. Rusiya Mərkəzi Bankı isə vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə start verib. Lakin onların valyuta bazarına müdaxiləsi də hər hansı fayda verəcək kimi görünmür.

Bu əsnada, dünya birjalarında neftin qiyməti 105 dollaqı keçib. Avropada mart ayı üçün satışa çıxarılan qazın qiyməti isə 1500 dollara yaxınlaşır.

Rusiya şirkətləri isə hər saat daha böyük pullar itirməkdədirlər. Belə ki, bu gün Moskva Birjasında RTS indeksləri 40 faiz dəyər itirib. Baş verən eniş fonunda bu gün Rusiya birjalarına səhmlərin birja dəyəri isə 180 milyar dollar düşüb.

Böyük itki ilə üzləşən Rusiya şirkətləri arasında öncüllük edənlər “Sberbank”dır ki, onun səhmləri 79 faiz ucuzlaşıb. VTB bankın dəyər itkisi isə 35 faiz təşkil edib. Rusiyanın ən nəhəng “Gazprom” şirkətinin səhmləri isə 34 faiz ucuzlaşıb. Bundan başqa, “Magnit” şirkətinin səhmləri 34.4 faiz, “Ozon Holding”  31,89 və pərakəndə satış nəhəngi  “X5 Group” səhmləri isə 31,45 faiz ucuzlaşıb.

Ekspertlərin ilkin hesablamalarına görə, Rusiyanın bir gündə iqtisadi itkiləri 200 milyard dollar yaxınlaşır. Ukrayna ilə müharibə davam edəcəyi təqdirdə bu rəqəmin daha da böyüyəcəyi gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button