DünyaManşet

Rus deputatdan təklif: “Qərbə qarşı müstəqil dövlətlərin könüllü birliyi yaradılmalıdır”

Rusiya Dövlət Dumasının Krım vilayətinin deputatı Mixail Şeremet “Qərbin təcavüzü və ekspansiyasına” müqavimət göstərmək üçün SSRİ timsalında suveren dövlətlərin könüllü birliyi yaratmağı təklif edib. JAMAZ.İFO xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb .

Şeremetin fikrincə, SSRİ-nin mövcudluğu NATO-nun “bütün dünyanı əsarət altına almaq və müstəmləkə etmək” istəyini cilovlayıb.“Mən Qərbin ekspansiyasına və təcavüzünə təsirli müqavimət göstərə bilən bir hərbi-siyasi və iqtisadi blokda suveren dövlətlərin könüllü birləşməsinin kollektiv sisteminə qayıtmağı məqsədəuyğun hesab edirəm”.

Deputat hesab edir ki, yeni konfederasiyanın prototipi SSRİ ola bilər və belə müstəqil dövlətlər birliyinin yaradılması ölkələrə öz suverenliyini möhkəmləndirməyə imkan verəcək. “SSRİ-nin dağılmasından sonra amerikalılar postsovet ərazisində müstəqil dövlətlərin işlərinə qarışmağa, rəngli inqilablar və dövlət çevrilişləri təşkil etməyə, suveren dövlətlərdən öz peyklərini yaradaraq onları tədricən ələ keçirməyə, sərhədlərə yaxınlaşmağa başladılar. Rusiya üçün bunun nümunələrindən biri də bugünkü Ukraynadır”.

Onun fikrincə, yeni ittifaq öz sərhədləri ilə Sovet İttifaqının sərhədlərini keçə bilər. Eyni zamanda o, Rusiyanın yeni ittifaqın təhlükəsizliyini təmin etmək üçün bütün imkan və potensiala malik olduğunu vurğulayıb.

Şeremet əlavə edib ki, belə bir ittifaqda ölkələrin hər biri bərabər hüquqlara malik olacaq və bir-birinin suverenliyinə və mədəniyyətinə hörmət edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button