Dünya

Entoni Blinken: “Biz böyük dövlətlərin kiçik dövlətləri işğal etməsinə imkan verə bilmərik”

“ABŞ Rusiyanın Ukraynanı işğal etməsinə icazə versə, bu, dünyanın belə müharibələr “mövsümü”nə başlamasına səbəb olacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, buna imkan vermək olmaz. “Əgər biz böyük bir ölkənin daha kiçik olanı ələ salmasına, işğal etməsinə və onun ərazisini müqavimətsiz ələ keçirməsinə icazə versək, bu, təkcə Avropada deyil, bütün dünyada açıq mövsüm demək olacaq”.

Dövlət katibi həmçinin əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq sistemin fundamental prinsiplərini təhdid edir. “Ona görə də indi Rusiyanın təcavüzünə müqavimət göstərmək vacibdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button