GündəmManşet

Qarabağ erməniləri yenə mobil rabitə və internetsiz qalıblar  

Qarabağda yaşayan ermənilər artıq noyabrın 9-dan etibarən mobil rabitədən və internetdən istifadə edə bilmirlər. JAMAZ.İNFO xəbər verir ki, istifadə etdiklərində belə danışıqları yarımçıq qalır və ya ümumiyyətlə alınmır.

Separatçılar bildirirlər ki, Azərbaycan Ordusunun yerləşdiyi mövqelərin ətrafında isə ümumiyyətlə nə mobil rabitə, nə də internet var. Oradakı ermənilərlə yalnız şəhərdaxili rabitə vasitəsi ilə əlaqə saxlaya bilirlər.

Qeyd edək ki, separatçılar bu gün yenidən məlumat yayaraq, problemin hələ davam etdiyini bildiriblər. Üstəlik, onu da qeyd ediblər ki, son günlər ümumiyyətlə, mobil rabitədən və internetdən istifadə etmə halları ən minimuma enib. Yəni, yox dərəcəsindədir.

Separatçılar iddia edirlər ki, Qarabağda mobil rabitə və internetin olmaması Azərbaycanın istifadə etdiyi yeni texnoloji avadanlıqlarla həyata keçirilir. Onların sözlərinə görə, guya, Azərbaycan tərəfi bölgədə xüsusi avadanlıq yerləşdirib, onun yardımı ilə mobil rabitə və interneti söndürməyə nail olub. Eyni zamanda, baş verənləri Bakının “spekuliyasiyası” adlandırıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button