ManşetSiyasət

Ermənistanın daha bir kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib?

Ermənistanın ombudsmanı Arman Tanoyan bu gün İrəvanda keçirilən konfransda bir sıra fikrilər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, o, bəzi məlumatları da açıqlayıb.

Tonoyan deyib ki, hazırda Sünikin 7 kəndinin ciddi yol problemi var. Onun sözlərinə görə, alternativ yollar çəkilməsə, bu kəndlərdə yaşayış ən minimum həddə enəcək.

Erməni ombudsman faktiki alternativ yollarınb bir işə yaramadığını, hamısının Azərbaycan Ordusunun nəzarəti altında olduğunu iddia edib. “Bunu adi gözlə də görməık mümkündür. Yerli sakinlər deyirlər ki, hələ 90-cı illərin əvvəlində Azərbaycan Ordusu hazırda dayandığı nöqtədə dayanmışdılar. Həmin vaxt bir çox kəndlərin sakinləri qorunmaq üçün ərazini belə tərk etmişdilər”.

Tanoyan maraqlı bir iddia ilə da çıxış edib. O deyib ki, hal hazırda Sünikin kəndlərindən biri tamamilə Azərbaycan Ordusunun nəzarəti altındadır. “Məsələn, Qeqanuş kəndi Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülüb. Amma bu barədə danışılmır”.

Xatırladaq ki, ermənilərin Gegqanuş adlandırıdığı kəndin əsl adı Quyutqum olub. Hazırda kəndin Qafan rayon inzibati ərazisinə daxildir. Lakin Azərbaycan Ordusunun bu kəndi tam nəzarətə götürməsi barədə heç bir rəsmi məlumat yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button