“Ortaq Türk ordusunun yaradılması istiqamətində bir sıra danışıqlar aparılır”. Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirilən mətbuat konfransında jurnalistin ortaq türk ordusunun yaranıb-yaranmayacağı ilə bağlı sualına cavabında deyib.
O bildirib ki, anlaşmalar çərçivəsində iki ölkənin ortaq hərbi təlimləri keçirilir: “Bütün bunlara rəğmən bizim əsas amalımız bir millət iki dövlətdir. Hər zaman da belə olaraq qalacaq. Bunun ətrafında da bir çox danışıqlar və anlaşmalar aparılıb”.