GündəmManşet

Ordumuz Vəng-Drambon yolunu nəzarətə götürdü- POSTLARIMIZ İRƏLİ ÇƏKİLDİ

Azərbaycan Ordusu dünən Ağdərə istiqamətində mövqe dəyişikliyi edərək, mövcud postlarımızı 370 metr irəliyə çəkiblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb.

Məlumatda deyilir ki, Ağdərənin “Nor Kazançi” adlandırdıqları, əslində isə Ağdamın Sırxavənd kəndi yaxınlığında mövqe tutmuş Azərbaycan Ordusu postlarımızı irəli çəkərək, Vəng-Drambon yolunu birləşdiyi əraziyə çıxıblar. Bununla da əsas strateji yol hesab olunan Vəng-Drambon istiqaməti tamamilə Ordumuzun nəzarəti altına düşüb.

Həmin kəndlərin icma rəhbəri Ruslan Arstamyan bildirib ki, hadisə gecə vaxtı baş verdiyindən onlar məsələdən gündüz xəbər tutublar. “Onların mövqeləri Vəng-Drambon yolunun kəsişməsinin 1.5 km-liyində idi. Gecə ilə Azərbaycan Ordusu hərəkətə keçərək, 370 metr irəliyə gəliblər. Artıq “Nor Kazançi”nin (Sırxavənd kəndi) 300 metrliyində qərarlaşıblar. Lakin burada da dayanmayacaqlarını, daha da irəli gedəcəklərini bildiriblər”.

Arstamyan deyib ki, Azərbaycan hərbçiləri ilə danışıqlar aparmaq cəhdləri alınmayıb. “Biz onlara dedik ki, heç olmasa kənddən azca aralıda post qursunlar. Lakin bizə dedilər ki, əmr komandanlıqdan gəlib, bir addım geri çəkilə bilməzlər”.

JAMAZ.İNFO xəbər verir ki, icma rəhbəri məsələni bölgədəki rus sülhməramlılarına da xəbər veriblər. Lakin ruslar da bu işə qarışmaq ixtiyarına sahib olmadıqlarını deyiblər. “Rus sülhməramlılarının komandanlığına xəbər verdik. Vəziyyəti izah etdik. Gəldilər, əraziyə baxdılar və bizə dedilər ki, burada onlarlıq bir iş yoxdur. Yalnız “Bizim rəhbərliklər onların rəhbərlikləri danışıb, öz aralarında həll edərlər” deyib getdilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button