Ölkə içi

Ruslar Qarabağa vaksin göndərdi: Xərçini isə 3 terrorçu çəkib

Bu gün Rusiyadan Qarabağa 7500 doza ikidəfəlik “Sputnik V” vaksini göndərilib. JAMAZ.İNFO xəbər verir ki, vaksinləri Qarabağa Rusiyadakı “Lazarev Klubu” təşkilatı göndərib.

Məsələ ilə bağlı açıqlama verən “Klub”un koordinatoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib ki, Qarabağ ermənilərinə vaksin göndərilməsi təşəbbüsü ona məxsusdur. “Bu ilin yanvarında Dövlət Dumasına müraciət edərək, koronavirus əlyehinə vaksinlərin təmənnasız şəkildə “DNR”, “LNR”, Dnestraynı və Dağlıq Qarabağa göndərilməsini xahiş etmişdim. Təklifimi nəzərə aldılar və vaksin verildi”.

Zatulin bildirib ki, Qarabağa göndərilən “Sputnik-V” vaksinlərinin xərclərini Qarabağdakı erməni terrorçularının rəhbərləri Bako Saakyan, Robert Koçaryan və Arkadi Qukasyan çəkiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button