GündəmManşet

Oqtay Gülalıyevin vəziyyəti necədir? – “Heç nə edilmir”

Xəbər verildiyi kimi, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti qəfil pisləşib. JAMAZ.İNFO xəbər verir ki, koma vəziyyətində olan hüquq müdafiəçisinin səhhəti qastrostomiya borusu dəyişdirildikdən sonra kəskin şəkil alıb.

Oqtay Gülalıyevin oğlu Təbriz Ggülalıyevin verdiyi məlumata görə, dünən səhər erkən saatlarda qastrostomiya borusu boşluqdan çıxdığı üçün saat 08.30-ə yaxın Topşubaşov adına klinikaya aparılıb. “Orada ona müvəqqəti qastrostomiya borusu  yerləşdiriblər. Onu da qeyd edim ki, daha öncədən TƏBİB-in dəstəyi ilə həmən xəstəxanada və qastrostomiya borusunun bərpa edilmişdi”.

O qeyd edib ki, dünən günün ikinci yarısında həkimin razılığı ilə evə gətirildikdən sonra, qastrostomiya borusu ilə yemək verildikdə titrəməyə başlayıb və  temperaturu 40-42 dərəcəyə qədər yüksəlib. “Təcili olaraq KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik xəstəxanasına gətirilib və həkimlər vəziyyətinin kritik olmasına səbəbi beyinlə əlaqələndirir. Hal hazırda vəziyyətinin normallaşması və KT olunması üçün reanimasiyaya alınacaq”.

O bildirmişdi ki, hüquq müdafiəçisinin durumu TƏBiB-in nəzarəti altındadır.

Oqtay Gülalıyevin digər oğlu Əli Gülalıyev isə qeyd edib ki, atasının vəziyyəti kritik olaraq qalır. O, atasını hər an itirə biləcəklərini vurğulayıb. “Atamın hazırda olduğu Topçubaşov adlı xəstəxananın həkimləri saatlar öncə onun təcili olaraq Neyrocərrahiyyə xətəxanasına götürülməli olduğunu bildirsələr də, göndərilən təcili yardım heyəti onların atamı hazırki vəziyyətdə apara bilməyəcəklərini, peşakar reanimatoloqa ehtiyac olduğunu deyib, gediblər. Hər geçən an atamın durumu daha da pisləşir, aidiyyatı qurumlar o cümlədən TƏBİB atamın həyatda qalması üçün gərəkən hər şeyi etməlidirlər”.

JAMAZ.İNFO xəbər verir ki, Əli Gülalıyev az öncə bildirib ki, Oktay Gülalıyevin durumu hələ də ağır olaraq qalır. “Gecə boyu sudurğası tutaraq, bütün bədəni titrək vəziyyətdə suni nəfəs aparatına bağlı saxlanılır. Rəsmən heç nə edilməyib və edilmir. Dünən Neyrocərrahiyəyə aparılması üçün reanimotoloq gəlsə də, gecə Neyrocərrahiyyədə də onsuz heç nə edilməyəcək bildirib, sabah apararıq dedilər. Saat artıq 11-dir, bunlar “məsləhətləşmələr” aparırırq söyləyib, hələ də Neyrocərrahiyəyə götürməyiblər. Budur bunlarən analoqsuz səhiyyə sistemi, budur bunların insan həyatına verdiyi dəyər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button