CəmiyyətManşet

Deputat: “Azərbaycanla ərazi mübadiləsi ola bilər”

“Mən deyirəm ki, Tavuşda elə torpaqlar var ki, erməni tərəfinə məxsusdur və hazırda Azərbaycanın nəzarətindədir. Həmçinin Azərbaycan torpaqları var ki, faktiki olaraq bizim nəzarətimiz altındadır”. Bunu Ermənistan parlamentinin deputatı, “Vətəndaş Sazişi” fraksiyasının üzvü Vaqe Qalumyan deyib.

“Ərazi mübadiləsi ola bilərmi” sualına Qalumyan “Düşünürəm ki, problem var, oturub düşünmək lazımdır” cavabını verib.

Erməni deputat qeyd edib ki, KTMT hərbi qüvvələrinin sərhəddə yerləşdirilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın dedikləri qəribə bir şey deyil. “Bizim KTMT ilə müqaviləmiz var. Həmin müaviləyə əsasən sərhəddə hər hansı bir problem yaranarsa, onların vəzifəsidir ki, müdaxilə etsinlər”.

Qalumyan daha sonra bildirib ki, rus sülhməramlılarının Tavuş əyalətində yerləşdirilməsindən xəbərsizdir. “Əgər sülhə bu yolla çatmaq lazımdırsa, deməli, həmin yolla da getmək lazımdır. Əvvəllər Türkiyə və Azərbaycan bizə hücum etmirdilər. Amma indi hücum edirlər. Ona görə də, indi qoşunları yerləşdirmək zərurəti yaranıb”.

Erməni deputat Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiya və delmitasiyası üçün hər hansı bir komissiyanın yaradılmadığını da deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button