CəmiyyətManşet

Ölkənin əsas yollarında hazırkı vəziyyət belədir – Siyahı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkə yollarının vəziyyəti haqqında məlumat yayıb.

Jamaz.info xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, saat 10:00-a Azərbaycan Respublikasında əsas avtomobil yollarının vəziyyəti aşağıdakı kimidir:

S/s Yolun adı (istiqamətlə) Mövcud vəziyyəti
1 Əhmədbəyli-Füzuli-Şuşa

“ZƏFƏR” yolu

 

 

Qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
2 Toğanalı-Kəlbəcər-İstisu Qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-18 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb.
3 Bakı – Qobustan Qar yağır, marşrut boyu 2-8 dərəcə şaxta müşahidə olunur. Hava küləklidir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
4 Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi Yolun Şabran, Quba və Qusar rayonları ərazisində 5-6 sm qar yağmış, hazırda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5 Muğanlı – Ağsu – Yevlax Qar yağır, Ağsu dolaylarında yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Muğanlı ərazisində 4-5 dərəcə şaxta var. Ağsu dolaylarında şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
6 Bakı – Ələt – Hacıqabul Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7 Hacıqabul – Ucar – Yevlax Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
8 Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9 Muğanlı – İsmayıllı Qar yağır, 6-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
10 İsmayıllı – Qəbələ – Oğuz- Şəki Qar yağır, yolun İsmayıllı – Qəbələ hissəsində buzlaşma əmələ gəlmişdir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. 5-7 dərəcə şaxta var. Yolun Qəbələ-Oğuz-Şəki hissəsində zəif qar yağır, körpülərdə və yolun meşə zolağından keçən hissələrində əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda hərəkət təmin olunub.
11 Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd Qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var.  Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
12 Yevlax – Şəki (Göybulaq) Qar yağır, yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb,  nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Marşrut boyu 1-2 dərəcə şaxta var.
13 Gəncə – Daşkəsən – Xoşbulaq Marşrut boyu qar yağır, 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
14 Şəmkir – Gədəbəy Marşrut boyu qar yağır, 10-11 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
15 Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhəd Qar yağır, yolun Biləsuvar-Astara hissəsində yolun qardan təmizlənməsi işləri aparılır və qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
16 Masallı – Yardımlı Yardımlı rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilib.  Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
17 Lənkəran – Lerik Lerik rayonu ərazisində zəif qar yağır, 7-8 dərəcə şaxta var. 20 sm qar yağmış, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
18 Hacıqabul – Bəhramtəpə – Horadiz Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
19 Giləzi – Xızı Xızı rayonu ərazisində güclü qar yağır. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb.  Yağıntı davam edir marşrut boyu 5-7 dərəcə şaxta var. Sürücülərə şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
20  

Qobustan – Şamaxı – Muğanlı

Qar yağır, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb. Marşrut boyu 6-8 dərəcə şaxta müşahidə olunur. Hava küləklidir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button