ManşetSiyasət

Nikol Paşinyan: “Dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır”

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar xeyli maraqlı və diqqətçəkəndir. Lakin baş nazir erməni xasiyyətindən də əl çəkməyib. O vaxtaşırı Azərbaycanı da ittiham etməkdən və müstəsna həyasızlıqdan da əl çəkməyib.

“İstəyirik ki, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıdığını desin”

“Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında onların ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunub. Onun sözlərinə görə, İrəvanın narahatlığı ondan qaynaqlanır ki, Azərbaycan Prezidenti daim Praqa görüşünə istinad edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, lakin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını demir. “Biz aydın şəkildə bildirməliyik: Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, o zaman Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Qalan hissələr üzrə, Qarabağ məsələsinin həllinin düsturu ilə bağlı mən 2021-ci il aprelin 13-də parlamentdə və digər ictimai bəyanatlar zamanı çıxış etmişəm”.

Ermənistanın baş naziri deyib ki, Ukrayna hadisələri kontekstində yeni dünya nizamı uğrunda böyük mübarizə gedir. “Və bu yeni dünya nizamında. Biz Ermənistanı qurbangaha qoya bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: şoklararası inkişafın məntiqinə inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün gündəm seçirik, lakin bu o demək deyil ki, biz Dağlıq Qarabağdakı soydaşlarımızın hüquq və təhlükəsizliyinə son qoyuruq”.

“Bakı Peterburqda sənədi imzalamaqdan imtina edib”

Paşinyan Sankt-Peterburqdakı görüş barəsində də danışıb. “Sankt-Peterburqa sonuncu səfərimiz zamanı bizə elə gəldi ki, biz razılığa gəlmişik, yəni Rusiya ilə mövqeyimiz üst-üstə düşür və bunun əsasında Rusiya hökumətinin baş nazirinin müavini bəyanatın mətnini hazırladı. Mən onu imzalamağa hazır idim, lakin Azərbaycan bəyanatı imzalamaq istəmədi”.

O, Ermənistanın sərhəd nəzarətini müvəqqəti olaraq hansısa beynəlxalq təminatçıya həvalə etmək təklifini xatırladıb. “Lakin Bakı bu təklifi də rədd etdi. Buna baxmayaraq, bizim bütün təkliflərimiz etibarlıdır”.

Baş nazir qeyd edib ki, Azərbaycan öz vətəndaşlarının Ermənistan qanunlarına uyğun olmayan Ermənistan ərazisindən keçməsini və bu ölkənin sərhədçiləri və gömrük əməkdaşları ilə əlaqə saxlamamasını istəyir. “Ancaq bu davamlı düşmənçilik gündəmidir. Bundan əlavə, biz hətta heç bir ərazidə Ermənistanın suverenliyini aşağılamağa hazır deyilik”.

“Qarabağa 170 milyard pul ayırmışıq”

Paşinyan burğulayıb ki, Qarabağı Ermənistana birləşdirən alternativ yolun tikintisi ssenarisi var idi, amma reallıq o qədər də sadə deyil. “Belə bir ssenari var idi. Biz bu istiqamətdə işləmişik, amma quru istiqamətdə reallıq o qədər də sadə deyil. Yəni kim dedi ki, eyni alternativ yola zəmanət verilir? Kim deyə bilər ki, yol ancaq orada bağlana bilər, bir kilometr uzaqda bağlana bilməz? Ermənistan Qarabağa 170 milyard dramla birbaşa maliyyə ayırıb”.

Ermənistan hakimyyəti ilə Qarabağdakı separatçılar arasında fikir ayrılıqlarının olduğu hər hansı problemin olub-olmaması ilə bağlı suala Paşinyan cavab verib ki, onun fikrincə, yoxdur. “Biz daimi ünsiyyətdəyik”.

Paşinayndan müstəsna həyasızlıq: “Azərbaycan 30 ildir Ermənistan torpaqlarını işğal edib”

Nikol Paşinyan qəribə və məntiqsiz iddia ilə də çıxış edib. O deyib ki, guya, Azərbaycanın Silahlı Qüvvələri 1,5 il deyil, 30 ildir ki, Ermənistan ərazisindədir.

Onun sözlərinə görə, 1990-cı illərdən Azərbaycanın silahlı qüvvələri Ermənistanın onlarla kvadrat kilometr ərazisini “işğal” edib. “Söhbət, xüsusən, 70 kv.km-dən artıq Tavuş və Ararat bölgələrindən gedir. Bundan əlavə, son 1,5 il ərzində 2021-ci ilin may ayından başlayaraq, Azərbaycan Ermənistan Respublikasının yeni ərazilərini işğal edib. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın silahlı qüvvələri göstərilən ərazilərdən çıxarılsın. Biz bu məqsədə nail olmaq üçün ardıcıl olaraq bütün diplomatik səyləri göstərəcəyik. Yeni təxribatların səbəbkarına çevrilməməyimiz də bizim üçün vacibdir. Bizim hərəkətlərimiz məhz bu məntiqdən irəli gəlir”.

P.S. Nikol Paşinyanın son açıqlamaları həm məntiqsiz, həm də qərəzlidir. Təbii ki, o, özünü təmizə çıxarmaq üçün davamlı olaraq Azərbaycanı ittiham edir. Lakin aydın məsələ odur ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Məsələn, əgər Paşinyan deyirsə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bəs, o zaman Azərbaycanın tərkib hissəsi olan Qarabağa niyə maliyyə yardımı ayırır?

Və ya Paşinyan iddia edir ki, Peterburqda Azərbaycan razılaşma sənədini imzalamaqdan imtina edib. Lakin erməni baş nazir onu demir ki, həmin sənəddə Azərbaycan əleyhinə olan xeyli sayda məqamlar olub və Bbakı öz maraqlarından çıxış edərək, həmin kağızı imzalamayıb. Hansı ki, ermənilər dəfələrlər belə ediblər.

Bir başqa məsələ, Azərbaycanın Ermənistanın ərazisini 30 ildir “işğal” iddiasıdır. Paşinyan burada birmənalı olaraq erməni həyasızlığı nümayiş etdirib. Yəni, əgər adam hayasızcasına belə bir iddia ilə yanaşı, desəydi ki, Eermənistan 30 ildən çox Azərbaycan torpaqlarını işğalda saxlayıb, o zaman indiki sözlərində hardasa, obyektuvlik görmək olardı. Hal hazırda da Azərbaycanın 8 kəndi Ermənistanın işğalındadır və iki ildir davam edən danışıqlara rəğmən, onları geri verməkdən imtina edir. Belə olan halda Paşinyan hansı haqla Azərbaycanı “işğalçılıq”da ittiham edir? Bu həyasızlıq deyil də, bəs,nədir?   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button