Xəbər verildiyi kimi, dünən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyan haqqında “kompromat” hesab elədiyi səs yazısını yayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin səs yazısında Paşinyan bir qrup şəxslə Qarabağ məsələsindən söhbət edir.
Söhbət əsnasında o, Putin, Nazarbayev və Lukaşenkoyla görüşdüyünü, Qarabağ məsələsinin “Lavrov planına” əsasən həll edilməsinin zəruri olduğu, Azərbaycanın Dağlıq Qarabağın heç vaxt onların tərkib hissəsi olmayacağını deməsindən və digər məsələlərdən danışıb. Sarkisyanın gözlədiyindən əksi olaraq, bu səs yazısı Paşinyanın reytinqinə müsbət təsir edib.
JAMAZ.İNFO bildirir ki, Paşinyan bu gün Spitakda seçiciləri ilə keçirdiyi görüşdə həm Sarkisyanın yaydığı səs yazısı, həm də Qarabağ məsələsi ilə bağlı mövzular barədə danışıb. O deyib ki, Sarkisyanın kompromat hesab etdiyi həmin səs yazısı Qarabağ danışıqlarının hansı səviyyədə aparıldığını ortaya qoyur.
O qeyd edib ki, Sarkisyan və tərəfdarları dalana dirəniblər. Onun sözlərinə görə, açıqlanan səs yazısı əslində durumun hansı səviyyədə olduğunu göstrməklə yanaşı, Sarkisyan hakimiyyətinin danışıqlar prosesini hansı hala saldığına dəlalət edir. “Danışıqlar prosesi həmişə Azərbaycanın maraqlarına hesablanıb. Çünki Minsk Qrupu üzəvləri, habelə beynəlxalq təşkilatlar yalnız Azərbaycanın dediklərini deyiblər. Əvvəlcə təklif edirdilər ki, torpaqları status müqabilində geri verin. Daha sonra, torpaqları sülh olsun deyə, geri verməyi təklif etdilər. 2016-2018-ci illərdə isə de-fakto o təklif olunurdu ki, heç nə müqabilində torpaqları verməlisiniz. Beynəlxalq təşkilatlar yalnız bunu deyirdilər. Bəs, sonra? Sonra isə deyirdilər ki, 1988-ci ilə kimi Qarabağda yaşamış azərbaycanlılar öz yerlərinə qayıtmalıdır. Bəs, bunun müqabilində erməni tərəfi nə qazanırdı? Heç nə. Belə çıxrdı ki, “yaşayarıq-görərik”. Daha doğrusu, necə ki, biz Naxçıvanda “yaşadıq və gördük”.
Erməni baş nazir daha sonra deyib ki, Koçaryanın ən böyük cinayəti hakimiyyətdə olduğu dövrdə Ddağlıq Qqarabağı danışıqlar prosesində iştirakdan məhrum etməsidir. “Halbuki bu Dağlıq Qarabağa beynəlxalq statusun verilməsi demək olacaqdı. Onların danışıqlarda tərəf kimi çıxış etmələri İrəvanda razılaşdırılıb, Koçaryanlar istəməyib. Bunu Bernar Fasye və Ssergey Lavrov da çıxışlarında təsdiqləyiblər”.
Paşinyan qeyd edib ki, 2020-ci ilin payızında baş verənlər olmaya da bilərdi. “Biz hakimiyyətə gəldikdən sonra ordunu yeni silahlarla təhciz etməyə başladıq. Bu proses başlayandan sonra Azərbaycan anladı ki, məsələ onların hesabladığı kimi həll olunmayacaq. Ona görə də, müharibə variantını seçdi”.