Siyasət

Erməni politoloq: “Qarabağ artıq Azərbaycana aiddir”

“Müharibədə edəcəyin ən qorxunc şey rəqibi düzgün dəyərləndirməməkdir. Erməni həmkarlarıma uzun illər başa salmağa çalışmışam ki, onlar axmaqlıqla məşğuldurlar. Əgər rəqibiniz zəifdirsə, ona niyə qalib gəlmək istəməlisən ki? Mənasızdır. Əksinə, rəqibə hörmət eləmək lazım idi. Bu isə baş vermirdi. Çünki insanları inandırmışdılar ki, düşmənin səngərdən qaçması üçün bir daş atmaq yetərlidir. Amma düşmən qaçmadı və bu vəziyyət üçün ermənilərdə B planı yox idi”. JAMAZ.İNFO Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Armen Qasparyan “Qolos Morya”ya müsahibəsində açıqlayıb.

Politoloq çıxışını “daha sonra Dağlıq Qarabağla bağlı məsələləri necə həll edəcəksiniz” sualları ilə davam etdirib. “Növbəti mərhələ “Artsax”ın dağıdılmasıdır. Prosesin gələcək etapı Dağlıq Qarabağın Azərbaycanın hüquq və qanunverciliyinə qaytarılmasıdır. De fakto olaraq Dağlıq Qarabağ artıq Azərbaycana aiddir. Sadəcə olaraq çox adam bunu anlamır. Son vaxtlar nə qədər erməni həmkarımla dialoqa girmişəm və onların hamısı elə bilir ki, Qarabağ hansısa yolla Ermənistana aiddir. Uşaqlar, BMT Təhlükəsizlik Şurasının qətnamələrini açın, oxuyun.

Sülh içində yaşamaq lazımdır. Bu daha çətin bir tarixdir, amma bəzi ermənilər elə bilir ki, məsələ öz-özünə həll olunacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button