ManşetSiyasət

İranlı ekspert: “Qarabağ ermənilərin nəzarətində olanda Tehran üçün təhlükə yox idi”

“İran Qarabağ münaqişəsinin başlanğıcından həmişə bəyan edib ki, Qarabağ münaqişəsi dialoq yolu ilə həll edilməlidir. Eyni zamanda, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi qorunmalıdır”.  JAMAZ.İNFO bildirir ki, bunu iranlı politoloq Pouya Hosseyni deyib.

O bildirib ki, son baş verənlərdən sonra İranın siyasi elitasının bir hissəsi mövcud vəziyyətdən razı deyil. “Lakin bəzi rəsmi və qeyri-rəsmi açıqlamaların əksinə olaraq, İranın əhəmiyyətli bir hissəsi Qarabağdakı mövcud vəziyyətdən razı deyil. Çünki İkinci Qarabağ müharibəsindən sonra həmin ərazilər sionistlərlə yerləşib, terrorçular gətirilib. Onların mövcudluğu region üçün təhlükə yaradır. O cümlədən İranın milli təhlükəsizliyi üçün təhdid və potensial təhlükə hesab olunur”.

Hüseyni daha sonra qeyd edib ki, İranın Azərbaycanla sərhəddinin Qarabağa aid olan hissəsi ermənilərin nəzarətində olduğu dövrdə Tehran bölgədə tam təhlükəsizliyə və dinc sərhədlərə malik idi. “Son 30 il ərzində bu region həmişə tam təhlükəsizlik olub. Lakin indi durum dəyişib”.

İranlı politoloq ölkəsi ilə Ermənistan arasındakı münasibətlərə də toxunub. “Ermənistan İranın qonşuları arasında yeganə xristian ölkəsidir. Lakin dini faktor Ermənistanın İran üçün ən etibarlı və mehriban qonşu olmasına heç vaxt mane olmayıb. Bizim iki xalqımız min illər boyu bir-birinin yanında yaşayıb və bundan sonra da yaşayacaq. Həmçinin İranın siyasi elitasının Ermənistana və erməni xalqına münasibəti çox müsbət və mehribandır. İranın yüksək rütbəli hərbi və siyasi liderləri mütəmadi olaraq bəyan ediblər ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir, Ermənistanın ərazi bütövlüyü isə İran üçün qırmızı xəttdir. İran isə regionda istənilən geosiyasi dəyişikliklərə müqavimət göstərəcək”.

O daha sonra vurğulayıb ki, İran trans-ərazi qüvvələrinin mövcudluğundan və həmin ölkələrin regionda mövqelərinin güclənməsindən narahatdır. “Bu, İran və Ermənistanın ümumi maraqlarından və təhlükəsizliyindən irəli gəlmir. Tehran onların bölgədəki gizli məqsəd və planlarından şübhələnir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button