
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycanın İrandakı yeni səfiri Əli Əlizadənin etimadnaməsini qəbul edib. JAMAZ.İNFO xəbər verir ki, görüş gərgin məcrada keçib.
Belə ki, iranlı nazir bildirib ki,İran İsrailin öz sərhədlərində olmasına dözməyəcək. O, iki iranlı sürücünün saxlanılmasına da narazılığını bildirib. Həmçinin Abdullahiyan öz ərazisində hərbi təlimlərin keçirilməsini hər bir dövlətin suveren hüququ adlandırıb. “İki ölkənin ortaq sərhədi boyunca sionist rejimin fəaliyyətinə dözməyəcəyik. İran sionist rejimin milli təhlükəsizliyinə qarşı yönəlmiş addımlara səssiz qalmayacağıq. Bu istiqamətdə lazımi addımları atacağıq”.