
İqtisad Universitetində (UNEC) daha bir arzuolunmaz hal baş verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Tələbə Güc Mərkəzi” məlumat yayıb.
Mərkəzə müraciət edən tələbələrdən biri bildirib ki, universitetdə etiraz edən şəxslər və onların valideynləri təhdid olunurlar. Həmin şikayət məktubunda qeyd olunur: “UNEC-də etiraz edən və dərslərə girməyən tələbələrin valideynlərinə zəng edilib, təhdid olunur. Tələbələri hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini (hətta etdiklərini), universitetdən qovacaqlarını bildirirlər. Yazdığım hadisə Mühəndislik fakültəsinin dekan müavini Elçin Səmədov tərəfindən şəxsən həyata keçirilmişdir”.
Şikayətçi bildirir ki, universitet rəhbərliyi xüsusilə qız tələbələrin valideynlərinə şikayət edirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.